Nikol Paşinyan
Ermənistanın baş naziri seçildikdən dərhal sonra Amerikada fəaliyyət
göstərən ən böyük erməni diaspor təşkilatı "Amerika Erməni Milli
Komitəsi” (AEMK) ABŞ dövlət katibi Mayk Pompeonu Konqresin Ermənistana
140 milyon dollarlıq qrant ayırması üçün dəstək verməyə çağırıb.
Ermənistan KİV-ləri xəbər verir ki, qrant ermənilərin "Minilliyin çağırışları”
korporasiyasına ayrılacaq və guya Ermənistandakı dinc konstitusion
keçidin uğurla başa çatması və elmin inkişafına xərclənəcək.
AEMK-nin
sədri Raffi Hamparyanın Mayk Pompeoya ünvanlanan məktubunda xüsusilə
qeyd olunur ki, Ermənistanın bundan sonrakı demokratik inkişafında
mərkəzi rol oynayacaq "Minilliyin çağırışları” korporasiyasının
fəaliyyəti dəstəklənməlidir və indi hərəkətə keçməyin əsl vaxtıdır.
Göründüyü
kimi, işğalçı ölkənin lobbi və diaspor təşkilatları Paşinyanın baş
nazir seçilməsi və Ermənistanda "demokratik” dəyişikliklər adı altında
ianə toplamağın yeni mərhələsinə start veriblər.
Bir çox
ekspertlərin fikrincə, Nikol Paşinyanın başlatdığı məxməri inqilabın
"qələbəsi” həm də xaricdəki erməni diaspor təşkilatlarının həlledici
dəstəyi sayəsində mümkün olub. Səbəbsə, onların Serj Sərkisyanla ölkəyə
gələn pulları bölüşdürə bilməmələridir. /azvision.az