Xəzər Xəbər

Moqerini: "Avropa İttifaqı İranla nüvə sazişinə sadiq qalacaq"

Dünya | 12:23 • 9 May 2018
Moqerini:

Avropa İttifaqı (Aİ) ABŞ prezidenti Donald Trampın İranın nüvə proqramı üzrə Birgə fəaliyyət planından çıxmaq barədə qərarından narahatdır və sövdələşmənin icra edilməsinə sadiq qalacaq.

Bunu çərşənbə axşamı Aİ diplomatiyasının rəhbəri Federika Moqerini bildirib.

"İran saziş çərçivəsində öz öhdəliklərini yerinə yetirdikcə, necə ki, o bunu edir, Aİ nüvə sazişinin tam olaraq reallaşdırılmasına sadiq qalacaq", - deyə o söyləyib.

Xəbər lenti