Xəzər Xəbər

Putin: `Böyük Vətən müharibəsinin yenidən yazılmasına imkan verməyəcəyik`

Dünya | 12:09 • 9 May 2018
Putin:

Rusiya Böyük Vətən müharibəsi tarixinin yenidən yazılmasına imkan verməyəcək. Bu barədə RF prezident Vladimir Putin 9 may bayramı münasibəti ilə təşkil olunmuş bayram paradında çıxış edərkən bildirib.

Onun sözlərinə görə, bu gün dünyanı köləlikdən, qətliamdan, dəhşətdən xilas edən qəhrəmanlığı unutdurmağa, müharibə hadisələrini təhrif etməyə, ümumiyyətlə tarixi dəyişdirməyə çalışılır: «Biz buna heç bir zaman imkan verməyəcəyik».

RF dövlət başçısı vurğuladı ki, bəzi dövlətlər təslim olma rüsvayçılığı yaşadığı, yaxud riyakar sazişi, ya da nasistlərlə birbaşa razılaşmanı seçdiyi bir bir dövrdə sovet xalqı nə qorxmayıb, nə də düşmən qarşısından geri çəkilməyib.

Xatırladaq ki, Moskvada Qırmızı meydanda Qələbənin 73-cü ildönümü münasibəti ilə parad keçirilir.

Xəbər lenti