Xəzər Xəbər

Fransa, Almaniya və Britaniya Trampı dəstəkləmədi

Dünya | 10:24 • 9 May 2018
Fransa, Almaniya və Britaniya Trampı dəstəkləmədi
Fransa prezidenti Emmanuel Makron, Almaniya kansleri Angela Merkel və Böyük Britaniyanın Baş naziri Tereza Mey arasında telefon danışığı olub.


"Anadolu" agentliyi xəbər verir ki, telefon danışığı zamanı ABŞ-ın İranla bağlanmış nüvə sazişindən birtərəfli qaydada çıxması müzakirə edilib.

Üç ölkə lideri Trampın qərarını kədər və narahatlıqla qarşıladığını bildirib. Birgə bəyanatda tərəflərin müqaviləyə sadiq qaldığı və bunun ümumi təhlükəsizlik üçün vacib olduğu vurğulanıb.

Xəbər lenti