Xəzər Xəbər

İrandan ABŞ-ın nüvə sazişindən çıxmasına ilk reaksiya

Dünya | 09:33 • 9 May 2018
İrandan ABŞ-ın nüvə sazişindən çıxmasına
İran prezidenti Həsən Ruhani ABŞ-ın nüvə sazişindən çıxmasına münasibət bildirib.


XəzərXəbər xəbər verir ki, Ruhani Trampın qərarının qəbuledilməz olduğunu deyib.

"İran nüvə sazişinin bütün maddələrini tətbiq edib, anlaşmaya zidd addım atmayıb. Nüvə sazişinə bundan sonra digər beş ölkə ilə davam edəcəyik. ABŞ-ın razılaşmadan geri çəkilməsi qəbuledilməzdir", - İran prezidenti bildirib.

Qeyd edək ki, ABŞ prezidenti Donald Tramp ölkəsinin İranla bağlanmış nüvə sazişindən imtina etməsi haqda qərar qəbul edib.

Xəbər lenti