Xəzər Xəbər

ABŞ-dan İranla bağlı TARİXİ QƏRAR

Dünya | 09:28 • 9 May 2018
ABŞ-dan İranla bağlı

ABŞ İranla imzalanan nüvə sazişindən çıxdı.

XəzərXəbər xəbər verir ki, bu haqda ABŞ-ın prezidenti Donald Tramp bildirib.

"İran terror təşkilatlarını dəstəkləyir. İran dövləti terrorun sponsorudur. İran "Hizbullah”, Həmas, Taliban və "Əl-Qaidə”ni dəstəkləyir. İranla nüvə razılaşması İrana uranı zənginləşdirməyə imkan verdi. Bu müqavilə utancvericidir. Bu, birtərəfli müqavilədir. Nüvə razılaşmasına icazə versəm, Yaxın Şərqdə silahlanma olacaq. Bu razılaşma İranın bölgə ilə bağlı planlarına maneə törətməyib. İranın nüvə bombasını əldə etməsinin qarşısını bu müqavilə ilə ala bilmərik. İranla razılaşmadan çəkilirəm”, - Tramp vurğulayıb.

Xəbər lenti