Xəzər Xəbər

Dmitri Medvedev yenidən baş nazir seçildi

Dünya | 18:20 • 8 May 2018
Dmitri Medvedev yenidən baş nazir seçildi

Dmitri Medvedev yenidən Rusiyanın baş naziri vəzifəsinə təsdiqlənib.


Bu gün Dövlət Dumasının plenar iclasında hökumət başçısı vəzifəsinə Dmitri Medvedevin təyin olunması məsələsinə baxılıb, onun namizədliyi səsə qoyulub.

D. Medvedevin lehinə 374 nəfər deputat səs verib, 56 nəfər isə əleyhinə olub. Beləliklə, baş nazir vəzifəsinə D. Medvedevin namizədliyi təsdiqlənib. (APA)

Xəbər lenti