Xəzər Xəbər

Londonda görülməmiş istilər: Sakinlər çimərliklərə axın edir

Dünya | 16:23 • 8 May 2018
Londonda görülməmiş istilər:

Britaniyadamay ayı üçün son 40 ilin ən yüksək temperaturu qeydə alınıb.

Bu barədə RİA Novosti məlumat yayıb.

Məlumata görə, Londonda termometrlər 28 dərəcə istini göstərir. Birləşmiş Krallığın bəzi əyalətlərində temperatur 30 dərəcəyə yaxınlaşıb.

Bahar ayları üçün xarakterik olmayan hərarətdənistifadə edən London sakinləri və turistlər yaxınlıqdakı su hövzələrinə, çimərliklərə və fəvvarələrə axın edir.

İsti hava şəraitinin çərşənbə axşamına kimi davam edəcəyi bildirilir.

Sonuncu dəfə Londonda belə yüksək temperatur 1995-ci ilin may ayında qeydə alınıb./Oxu.Az

Xəbər lenti