Xəzər Xəbər

“Taxt oyunları”nın aktyoru dünyanın ən güclü insanı seçildi

Dünya | 16:10 • 8 May 2018
“Taxt oyunları”nın aktyoru dünyanın ən güclü insanı seçildi

Məşhur "Taxt oyunları” serialında pəhləvan rolunu oynayan islandiyalı aktyor Haftor Yulius Byernson "dünyanın ən güclü insanı” titulunu əldə edib.

Oxu.Az "Fox News”a istinadən xəbər verir ki, Byernson artıq yeddinci dəfədir ki, "World's Strongest Man” yarışında iştirak edir.

Filippində keçirilən turnirdə ən çətin tapşırıqlarından biri xüsusi platformaya 163 kiloqram çəkidəbeş yükü qaldırmaq olub. Aktyor 41 saniyə ərzində onlardan dördünü qaldırmağa nail olub.

Qeyd edək ki, islandiyalı pəhləvan "Taxt oyunları” serialı ilə yanaşı "Kikboksçu geri qayıdır” və "Zona 261” kimi bədii filmlərə çəkilib.

Xəbər lenti

Çox oxunanlar