Xəzər Xəbər

Gürcüstan yeraltı qaz anbarını Azərbaycan qazı hesabına dolduracaq

Dünya | 15:37 • 8 May 2018
Gürcüstan yeraltı qaz anbarını Azərbaycan qazı hesabına dolduracaq

"Gürcüstan yeraltı qaz anbarının tikintisinə bu ilin sonlarında başlayacaq. Tikinti işlərinin 2020-ci ildə başa çatdırılması nəzərdə tutulub. Düşünürəm ki, biz tikintini vaxtında başa çatdıra biləcəyik”.


Xezerxeber.az AZƏRTAC-a istinadən xəbər verir ki, bu sözləri jurnalistlərə açıqlamasında Gürcüstanın iqtisadiyyat nazirinin müavini Romeo Mikautadze söyləyib.


Nazir müavininin sözlərinə görə, anbarda 300 milyon kubmetrədək təbii qaz saxlamaq mümkün olacaq ki, bu da Gürcüstanın illik qaz istehlakının təxminən 15 faizini təşkil edir.


Qaz anbarı Azərbaycanın "Şahdəniz” yatağından tədarük olunan qazın hesabına doldurulacaq.


Məlumat üçün qeyd edək ki, anbarın tikintisinin 2018-ci ilin birinci yarısında başlanılması gözlənilsə də, inşa işləri ilə bağlı müqavilə bu ilin ikinci yarısında imzalanacaq.


Qonşu ölkədə qaz anbarının tikintisi layihəsinin ümumi dəyəri təxminən 300 milyon dollar təşkil edir.


Anbarın Tbilisinin Samqori rayonunda tikilməsi planlaşdırılır.

Xəbər lenti

Çox oxunanlar