Xəzər Xəbər

Ermənistanın müdafiə naziri işdən qovulur

Dünya | 14:47 • 8 May 2018
Ermənistanın müdafiə naziri işdən qovulur
Ermənistan hökumətində ciddi dəyişikliklər baş verəcək.


Bunu yeni baş naziri Nikol Paşinyan bildirib.

"Mən konkret ad deyə bilmərəm. Hökumətdə vəzifələrə bir çox namizədlər mövcuddur. Bütün hallarda hökumətdə ciddi dəyişikliklər olacaq”.

Paşniyan müdafiə naziri Vigen Sarkisyanın vəzifəsindən azad edəcəyini bildirib: "Ölkənin müdafiə nazirini dəyişmək niyyətindəyəm. Çünki, müdafiə nazirini baş nazir təyin edir. Mən də onu dəyişməyə ehtiyac görürəm".

N. Paşinyan, həmçinin vurğulayıb ki, o, milli birlik hökuməti yaratmaq niyyətindədir.

Qeyd edək ki, artıq Ermənistan müdafiə nazirinin birinci müavini Artak Zakaryan vəzifəsindən istefa verib./azvision.az

Xəbər lenti