Xəzər Xəbər

Kreml Mixail Leontyevin Ermənistanla bağlı çıxışına münasibət bildirib

Dünya | 14:43 • 8 May 2018
Kreml Mixail Leontyevin Ermənistanla bağlı çıxışına münasibət bildirib

Kreml tanınmış rusiyalı teleaparıcı, "Rosneft"in vitse-prezidenti Mixail Leontyevin Ermənistanla bağlı çıxışına münasibət bildirib.


Kremlin mətbuat xidmətinin rəhbəri Dmitri Peskov M. Leontyevin fikirlərinə diqqət yetirmək lazım deyil: "Bu fikirlər Moskvanın Ermənistana münasibətdə rəsmi xətti ilə eyni deyil və eyni ola bilməz. Bu fikirlərin Rusiyanın tarixən erməni xalqına olan isti dostluq və qardaşlıq duyğuları ilə əlaqəsi də yoxdur və ola da bilməz. Ona görə də belə uğursuz və qəribə fikirlərə diqqət yetirməyə gərək yoxdur".

Qeyd edək ki, Mixail Leontyev "Komsomolskaya pravda" radiostansiyasının efirində çıxışında Ermənistanın Rusiya üçün tarixən yük olduğunu söyləyib. O, Ermənistanın Rusiyanın sayəsində mövcud olduğunu söyləyib: "Rusiya olmasaydı, bu gün nə Ermənistan olardı, nə də bir erməni". (APA)

Xəbər lenti