Xəzər Xəbər

Sarkisyanın partiyası müxalifətə keçdi

Dünya | 14:19 • 8 May 2018
Sarkisyanın partiyası müxalifətə keçdi
Ermənistanın Respublika partiyasının nümayəndələri yeni hökumətin tərkibinə daxil olmayacaq.


Bunu parlamentin vitse-spikeri Eduard Şarmazanov deyib. Bununla da Sarkisyanın partiyası iqtidarda qalmaq şansını itirib.

Qeyd edək ki, bu gün Nikol Paşinyan Ermənistan parlamentinin xüsusi iclasında ölkənin baş naziri seçilib. Səsvermə zamanı 59 deputat Paşinyanın lehinə, 42 deputat isə əleyhinə səs verib.

Xəbər lenti