Xəzər Xəbər

KXDR xaricə yeni istiqamətlər üzrə uçuşlara başlamaq istəyir

Dünya | 13:23 • 8 May 2018
KXDR xaricə yeni istiqamətlər üzrə uçuşlara başlamaq istəyir

Koreya Xalq Demokratik Respublikası (KXDR) Cənubi Koreyanın hava məkanından istifadə etməklə xarici ölkələrə yeni istiqiamətlər üzrə uçuşlara başlamaq istəyir.


AZƏRTAC Yonhap agentliyinə istinadla xəbər verir ki, bu barədə Cənubi Koreya Xarici İşlər Nazirliyinin mətbuat katibi Noh Kyu-duk məlumat verib.


XİN rəsmisi əlavə edib ki, KXDR bu məqsədlə Beynəlxalq Mülki Aviasiya Təşkilatına müraciət edib. Hazırda Cənubi Koreyanın Torpaq, İnfrastruktur və Nəqliyat Nazirliyi məsələyə baxır.

Rubrikanın digər xəbərləri

Xəbər lenti