Xəzər Xəbər

Ruhanidən Trampa son xəbərdarlıq: “Peşman olacaqsan”

Dünya | 12:36 • 8 May 2018
Ruhanidən Trampa son xəbərdarlıq:
"ABŞ nüvə razılaşmasını pozarsa, peşman olacaq”

Bu barədə İran prezidenti Həsən Ruhani bildirib. O, vurğulayıb ki, ABŞ belə bir addım atsa, İran bir həftədən gec olmayaraq, buna cavab verəcək:


"Razılaşmanı ilk pozan tərəf biz olmayacağıq. Əgər razılaşmanı pozarlarsa, peşman olacaqlar. Biz onların düşündüklərindən daha çox hazırlıqlıyıq. Razılaşmanı pozsalar, bir həftədən az müddətdə nəticələrini görəcəklər”.

Qeyd edək ki, ABŞ prezidenti Donald Tramp İranla imzalanan nüvə razılaşması ilə bağlı yekun qərarını yerli saatla 14:00-da açıqlayacaq./azvision.az

Xəbər lenti