Xəzər Xəbər

ABŞ Venesuelaya qarşı sanksiyaları genişləndirdi

Dünya | 12:17 • 8 May 2018
ABŞ Venesuelaya qarşı sanksiyaları genişləndirdi

ABŞ Venesuelaya qarşı sanksiyaları genişləndirib.

APA-nın xəbərinə görə, bu barədə ABŞ Maliyyə nazirliyindən bildirilib.

Məlumata əsasən, "qara siyahıya” üç fiziki şəxs və 20 şirkətin adları daxil edilib. Bildirilib ki, sanksiyalara məruz qalan şəxslər beynəlxalq narkotik qaçaqmalçılığı ilə məşğul olur, siyahıdakı şirkətlər isə bilavasitə onların nəzarətindədir.

Nazirliyin açıqlamasında həmçinin qeyd olunub ki, "qara siyahıya” adı əlavə edilənlərdən biri – Pedro Luis Martin Olivares vaxtilə Venesuela Milli Kəşfiyyat İdarəsində maliyyə kəşfiyyatına rəhbərlik edib.

Rubrikanın digər xəbərləri

Xəbər lenti