Xəzər Xəbər

Trampın XÜSUSİ PROQRAMI Fəaliyyətə başladı

Dünya | 12:13 • 8 May 2018
Trampın XÜSUSİ PROQRAMI

ABŞ-ın birinci xanımı Melanya Tramp özünün uşaqlara müasir həyatın çətinliklərinə qarşı mübarizə haqqında məlumat verilməsinə yönəldilmiş "Be Best" ( "Ən yaxşı ol") proqramının fəaliyyətə başladığını bildirib.

"Report" xəbər verir ki, bu barədə "CNBC" məlumat yayıb.

Bildirilir ki, "Be Best" proqramı yeniyetmələrin və uşaqların fiziki, emosional sağlamlığının saxlanılmasına yönəldilib. Bundan başqa, proqram uşaqların onlayn davranışı və bu haqda məlumat almanın səviyyəsinin artımı məsələləri ilə də məşğul olacaq.

"Gəlin uşaqlarımıza yaxşını pisdən ayırmağı öyrədək və onları öz fərdi həyat yolunda ən yaxşı olmağa kökləndirək", - deyə o, Ağ Evdə kampaniyanın başlanğıcının elan edilməsi mərasimində bildirib.

Xəbər lenti