Xəzər Xəbər

Tramp İranla bağlı qərarını bu gün açıqlayacaq

Dünya | 10:13 • 8 May 2018
Tramp İranla bağlı qərarını bu gün açıqlayacaq
ABŞ prezidenti Donald Tramp İranla nüvə razılaşması haqqında qərarını mayın 8-də Ağ Evdə açıqlayacaq. Bu barədə Donald Tramp Twitter səhifəsində yazıb.

"İranla razılaşma ilə bağlı qərarımı saat 14:00-da Ağ Evdə açıqlayacağam",-deyə ABŞ prezidenti qeyd edib.

Qeyd edək ki, seçki kampaniyası dövründən bu yana sözügedən müqavilənin ABŞ tarixindəki ən pis müqavilələrdən biri olduğunu bildirən Donald Tramp razılaşmadan çıxmaq istəyini ortaya qoyub.

Məlumat üçün bildirək ki, 2015-ci ilin iyulunda "5+1" ölkələri (Çin, Almaniya, Fransa, Rusiya, Böyük Britaniya və ABŞ) İranla nüvə müqaviləsi imzalayıb./FaktXəbər

Xəbər lenti