Xəzər Xəbər

Ermənistanda baş nazir seçkilərinin ikinci turu başlayır

Dünya | 09:54 • 8 May 2018
Ermənistanda baş nazir seçkilərinin ikinci turu başlayır
Bu gün Ermənistanda baş nazir seçkilərinin ikinci turu keçiriləcək.

 
Saat 12:00-da parlamentdə yeni baş nazirin seçilməsi prosesinə başlanılacaq. Müxalifət lideri Nikol Paşinyan bu vəzifəyə yeganə namizəddir.

O, 8 may tarixini ölkədə qeyri-iş günü elan edib və tərəfdarlarını saat 11:00-da meydana toplaşmağa çağırıb.

Paşinyan 95 faiz baş nazir seçiləcəyinə inanır. Hərəkat liderinin sözlərinə görə, "Daşnaksyutun”, "Yelk”, "Tsarukyan bloku” fraksiyaları və hakim Respublika partiyasını təmsil edən bəzi deputatlar ona səs verəcəklər.

Qeyd edək ki, Ermənistanın yeni baş naziri bu gün seçilməsə, parlament buraxılacaq və növbədənkənar seçki təyin ediləcək./azvision.az

Xəbər lenti