Xəzər Xəbər

İranda güclü zəlzələ nəticəsində 82 nəfər xəsarət alıb

Dünya | 17:28 • 7 May 2018
İranda güclü zəlzələ nəticəsində 82 nəfər xəsarət alıb

İranın cənub-qərbində yerləşən Boyər-Əhməd vilayətində baş vermiş güclü zəlzələ nəticəsində 82 nəfər xəsarət alıb.


Xezerxeber.az AZƏRTAC-a istinadən xəbər verir ki, 5 ballıq zəlzələ gecə saatlarında qeydə alınıb. Ocağı 5 kilometr dərinlikdə olan yeraltı təkanlar səbəbindən Yasuc şəhərinin elektrik enerjisi ilə təminatı pozulub. Yerli təcili tibbi yardım mərkəzindən 71 nəfərə hadisə yerində yardım edildiyi, 11 nəfərin isə xəstəxanaya yerləşdirildiyi bildirilib.


Xatırladaq ki, ötən həftə həmin vilayətin Yasuc şəhərindən şimal-qərbdə 5,3 gücündə zəlzələ baş vermiş, 133 nəfər yaralanmışdı.

Xəbər lenti