Rusiya Dövlət Duması Dmitri Medvedevin baş nazir postuna namizədliyinə mayın 8-də baxacaq.
Bunu Liberal Demokrat Partiyası fraksiyasının sədr müavini Yaroslav Nilov bildirib.
Onun sözlərinə görə, sabah saat 15:00-da Duma Şurasının iclası keçiriləcək: "Dmitri Medvedevin baş nazir vəzifəsinə namizədliyinə baxılacaq".
Qeyd edək ki, bu gün Rusiya hökuməti istefaya gedib. Prezident Vladimir Putin bu gün keçirilən andiçmə mərasimindən sonra hökumətin sədri vəzifəsinə Dmitri Medvedevin namizədliyini irəli sürüb. (APA)