Xəzər Xəbər

Həsən Ruhani: İranın məqsədi atom bombası əldə etmək deyil

Dünya | 16:29 • 7 May 2018
Həsən Ruhani: İranın məqsədi atom bombası əldə etmək deyil

İranın məqsədi atom bombası əldə etməkdən ibarət deyil. Qarşımızda iqtisadi inkişafa nail olmaq və dünya dövlətləri ilə əlaqələrimizi daha da genişləndirmək məqsədi dayanır.


Bu fikirləri İran Prezidenti Həsən Ruhani Məşhəd şəhərinə səfəri zamanı deyib.


Onun sözlərinə görə, İranın BMT Təhlükəsizlik Şurasına üzv dövlətlərlə, ABŞ istisna olmaqla, heç bir problemi yoxdur. İran bütün dövlətlərlə qarşılıqlı faydalı əməkdaşlıq əlaqələri qurmaq niyyətindədir. Lakin bu gün İrana qarşı çirkin təbliğat aparılır. Dünya ictimaiyyətinə İranın təhlükə mənbəyi olması haqqında yalan və heç bir həqiqəti əks etdirməyən məlumatlar çatdırılır. Guya İran nüvə silahı hazırlayaraq dünyanı əsarətində saxlamaq istəyir.


Prezident bəyan edib ki, İranın atom bombası yaratmaq məqsədi yoxdur. Bunu bəhanə edib İrana qarşı qüvvə toplayanların səyləri hədər gedəcək. (AZƏRTAC)

Xəbər lenti