Xəzər Xəbər

Bu şəhərin hər yerindən cəsəd çıxır DƏHŞƏT!

Dünya | 15:33 • 7 May 2018
Bu şəhərin hər yerindən cəsəd çıxır

İraq təhlükəsizlik qüvvələrinin Mosulu İŞİD-dən xilas etmək üçün həyata keçirdiyi əməliyyat ötən ilin avqustunda başa çatıb. Ancaq müharibənin izi hələ də silinməyib.

Mosul şəhərində bir tərəfdən normal həyata dönmək üçün işlər aparılır. Digər tərəfdən isə axtarış-xilastemə qrupları dağıntıları qaldıraraq cəsədləri toplayır.

İŞİD terrorçuları Mosul üçün son gününə qədər mübarizə aparıb, çünki onların əsas əllərində saxlamaq istədiyi yerlərdən biri məhz Mosul şəhəri idi. "Nyu-York Tayms” qəzetinin məlumatına görə, axtarış və xilasetmə qrupları son 9 ayda 950 cəsəd çıxarıblar. Böyük hissəsinin İŞİD terrorçularına aid olduğu ehtimal edilən cəsədlərə heç kim sahib çıxmaq istəmədiyi üçün kimə aid olduğunu da müəyyən etmək çətinləşir. Çürüyən cəsədlərin kimə aid olduğunu müəyyən etmək üçün DNT testi keçiriləcək. Mosul bələdiyyəsi isə, şəhərdə toplanan dağıntı qalıqlarını, zibilləri yığmağa yer axtarır. Dağıntı və zibillik arasında qalan cəsədlər çürüdüyü üçün xəstəliyin yayılması riski çoxdur./Metbuat.az

Xəbər lenti