Xəzər Xəbər

Britaniya XİN rəhbəri ABŞ-ı İranın nüvə proqramı ilə bağlı sazişdən çıxmamağa çağırıb

Dünya | 15:19 • 7 May 2018
Britaniya XİN rəhbəri ABŞ-ı İranın nüvə proqramı ilə bağlı sazişdən çıxmamağa çağırıb

Böyük Britaniya xarici işlər naziri Boris Conson ABŞ-ı İranın nüvə proqramı ilə bağlı sazişdən çıxmamağa çağırıb.

APA-nın "Reuters”ə istinadən verdiyi xəbərə görə, Conson bildirib ki, sazişin zəif tərəfləri olsa da, bu nöqsanlar zamanla aradan qaldırıla bilər.

"Mən əminəm ki, bu nöqsanların aradan qaldırılması mümkündür. Hazırda Böyük Britaniya müvafiq istiqamətdə Tramp administrasiyası, habelə Fransa, Almaniya ilə birgə çalışır”, - deyə o bildirib.

Qeyd edək ki, B. Conson mayın 6-da ABŞ-a səfər edərək Tramp administrasiyasını məsələ ilə bağlı razı salmağa çalışıb. Tramp isə avropalı müttəfiqlərin razılaşmanın nöqsanlarının mayın 12-dək aradan qaldırılmayacağı təqdirdə, İrana qarşı sanksiyaların qüvvədə qalacağını deyib.

Xatırladaq ki, mayın 12-də Tramp sanksiyaların "dondurulması”nın uzadılmasına dair qərar verməlidir. Qərar qəbul edilməsə, sanksiyalar avtomatik bərpa olunacaq.

Xəbər lenti