Xəzər Xəbər

Tunisin paytaxtını ilk dəfə qadın idarə edəcək

Dünya | 14:35 • 7 May 2018
Tunisin paytaxtını ilk dəfə qadın idarə edəcək

Tunisdə keçirilən bələdiyyə seçkilərinin nəticəsi açıqlanıb.

Seçkidə Nahda Hərəkatı Partiyasının namizədi Suad İbrahim qazanıb. Bununla da o, Tunisin eyniadlı paytaxtının ilk qadın bələdiyyə başçısı olacaq.

İlkin nəticələrdə onun 27,5 faiz səs topladığı deyilirdi. Dövlət televiziyasının açıqlamasında isə qeyd edilib ki, Suad İbrahim 33,8 faiz səs toplayıb. Nahda Partiyasından sonra ikinci yerdə 25,8% səslə Nida Tunis Partiyası, üçüncü yerdə isə 10,7% səslə Demokratik Harəkat Partiyası yer alıb.

Seçki Komissiyasının açıqlamasına görə, inqilabdan sonra keçirilən ilk yerli seçkilərdə ölkədəki 5 milyon 369 min seçicidən 1 milyon 796 min 154 nəfər iştirak edib. Ümumilikdə seçkilərdə əhalinin 33,7%-i iştirak edib. Seçkinin rəsmi nəticələrinin mayın 9-na qədər elan edilməsi gözlənilir.

Qeyd edək ki, Tunisdə inqilabdan sonra keçirilməsi gözlənilən seçkilər 4 dəfə təxirə salınmışdı./Metbuat.az

Xəbər lenti