Xəzər Xəbər

Türkiyə Afrinə humanitar yardım karvanı göndərdi

Dünya | 14:25 • 7 May 2018
Türkiyə Afrinə humanitar yardım karvanı göndərdi

Türkiyənin Adıyaman vilayətindən Suriyanın Afrin bölgəsinə 69 böyük tutumlu yük maşını humanitar yardım göndərilib.


Yardım Adıyaman bələdiyyəsi, Adıyaman Universiteti, digər yerli qurumlar, o cümlədən QHT-lər tərəfindən toplanılıb. Humanitar yardımın əsas hissəsini qida, geyim və tibbi ləvazimat təşkil edir. Yardım karvanının yola salınması ilə əlaqədar Adıyamanın mərkəzində mərasim təşkil olunub. (AZƏRTAC)

Xəbər lenti