Xəzər Xəbər

Banqkok Donald Tramp və Kim Çen Inın görüşünü Tailandda keçirməyi təklif edir

Dünya | 13:55 • 24 Aprel 2018
Banqkok Donald Tramp və Kim Çen Inın görüşünü Tailandda keçirməyi təklif edir

Tailandın Xarici İşlər Nazirliyi ABŞ Prezidenti Donald Tramp və Şimali Koreya lideri Kim Çen Inın iştirak edəcəyi sammiti krallığın ərazisində keçirməyi təklif edib.


Xezerxeber.az Interfax informasiya agentliyinə istinadən xəbər verir ki, bunu Tailandın xarici işlər naziri Don Pramudvina bildirib. ABŞ-ın Tailanddakı səfirliyi isə bu barədə şərh verməkdən boyun qaçırıb.


Bir qədər əvvəl NBC telekanalı Amerika prezidentinin administrasiyasında olan yüksəkvəzifəli mənbəyə istinadla Ağ evin ABŞ-Şimali Koreya sammitinin Avropa ölkələrindən birində, əsasən də İsveçrə və ya İsveçdə keçirilməsinə üstünlük verdiyini bildirib. Trampın özü isə administrasiyasının görüşün beş yerdə təşkil olunması imkanlarını nəzərdən keçirdiyini deyib.


Xatırladaq ki, mart ayında Donald Tramp Kim Çen Inla görüşməyə hazır olduğunu bəyan etmişdi. ABŞ-Şimali Koreya sammitinin may ayının sonlarında və ya iyunun əvvəllərində baş tutacağı gözlənilir.

Xəbər lenti