Xəzər Xəbər

Akşener razılaşsa, Gül müxalifətin yeni lideri olacaq

Dünya | 12:54 • 24 Aprel 2018
Akşener razılaşsa, Gül müxalifətin yeni lideri olacaq
Türkiyədə 24 iyunda keçiriləcək növbədənkənar prezident seçkiləri öncəsi müxalif düşərgədə böyük aktivlik müşahidə olunur. Cümhuriyyət Xalq Partiyasi (CHP), Səadət Partiyası (SP) və MHP-dən ayrılan Meral Akşenerin təşkilatı ittifaq mövzusunda razılığa gəliblər.

XəzərXəbər "CNNTürk"ə istinadən bildirir ki, CHP və SP liderləri artıq seçkilərə vahid namizəd olaraq Abdulla Gülün çıxarılmasını önə sürüblər. Lakin Meral Akşener hələlik bu təşəbbüsə müsbət cavab verməyib. Əgər xanım siyasətçi Gülün namizədliyinə müsbət baxarsa, onda Rəcəb Tayip Ərdoğan seçkilərdə ciddi rəqiblə üz-üzə gələcək.

Səadət Partiyasının Kayseri şəhərindəki nümayəndələrindən biri təsdiqləyib ki, CHP və SP Abdullah Gülün namizədliyi mövzusunda razılığa gəlib: "CHP və SP, cənab Gülün namizədliyi məsələsində həmfikirdir. Təşkilatımızın sədr müavini Atik Ağdağ bir-bir danışıqları davam etdirir. Ancaq Meral xanım birgə namizədlik məsələsində razı olmayıb".

Xəbər lenti