Xəzər Xəbər

Türkiyədə növbədənkənar seçkilərdə hansı partiyalar iştirak edəcək?

Dünya | 12:48 • 24 Aprel 2018
Türkiyədə növbədənkənar seçkilərdə

Türkiyədə növbədənəkənar prezident və paralament seçkilərinin 24 iyun 2018-ci il tarxidə keçirilməsi qərarından sonra siyasi partiyalar seçkilərə hazırlaşamağa başlayıb. MHP və hakim AKP prezidentliyə namizəd məsələsində seçkidə eyni mövqedən çıxış etmək qərarı qəbul ediblər. Müxalifətdə olan partiyalar da bu ittifaqa qarşı seçkilərə bir yerdə getmək üçün axtarışlara girişiblər.

Türkiyə Respublikasının Ali Seçki Komissiyası (ASK) Ali Məhkəmənin və Respublika Baş Prokurorluğunun araşdırmaları nəticəsində mövcud qanunvericiliyin icazə verdiyi müvafiq maddəsini əsas götürərək Türkiyənin vilayətlərinin ən az yarısında yerli təşkilatlarını yaratmış aşağıdakı siyasi partiyaların seçkidə iştirakına icazə verib: Ədalət və İnkişaf Partiyası (AK Partiya), Müstəqil Türkiyə Partiyası (BTP), Böyük Birlik Partiyası (BBP), Cümhuriyyət Xalq Partiyası (CXP), Demokrat Partiya (DP), Xalqların Demokratik Partiyası (XDP), İyi (Yaxşı) Partiya, Millətçi Hərəkət Partiyası (MHP), Səadət Partiyası (SP) və Vətən Partiyası.

Qeyd edək ki, budəfəki seçkilərdə əsas rəqabət hakim AK Partiya və MHP koalisiyası ilə Cümhuriyyət Xalq Partiyası və İyi (Yaxşı) Partiya ittifaqı arasında gedəcək. (Bizimyolinfo.com)

Rubrikanın digər xəbərləri

Xəbər lenti