Xəzər Xəbər

Dünyanın ən nəzakətli oğrusu həbsdən qaçdı, 6600 polis axtarışa cəlb edildi

Dünya | 12:38 • 24 Aprel 2018
Dünyanın ən nəzakətli oğrusu həbsdən qaçdı,

Yaponiyada polislər Ehime prefekturasındakı həbsxanadan qaçan bir oğrunu axtarırlar. Bir neçə həftə ərzində o, bəzi kiçik oğurluq hadisələri törətməyi də bacarıb, hətta qaçırdığı avtomobilin sahibinə nəzakətli bir qeyd də yazıb qoyub.

"Daily Mail”in xəbərinə görə, bu nəzakətli oğru Tatsuma Hirao adlanır və onun 27 yaşı var. O, yüngülləşdirilmiş rejimli həbsxanada oğurluq üstündə cəza çəkirmiş. Yerli bir gəmiqayırma müəssisəsində işləməyə aparılan məhkum gözətçiləri aldadaraq oradan qaçıb. Cinayətkarın axtarışına 6600 polis məmuru cəlb olunsa da, hələlik heç bir nəticə əldə edilməyib.

27 yaşlı nəzakətli oğru Tatsuma Hirao

Azadlığa çıxan kimi Tatsuma Hirao köhnə peşəsinə geri qayıdıb və artıq corab, mobil telefon, pulqabı və bir cüt səndəl oğurlayıb, habelə bir minik avtomobilini qaçırıb. Sonuncu zərərçəkmiş fərdi avtomobilinin yerində belə bir nəzakətli və alicənab qeyd tapıb: "Mən sizin maşını qaytarmaq şərtilə götürürəm, heç bir halda ona zərər verməyəcəyəm”.

Polisin sözlərinə görə, indi qaçaq oğurlanmış avtomobillə getdiyi Hiroşima prefekturasındakı Mukaisimin adasında gizlənir. Polislər meşəni axtarır, avtomobilləri yoxlayır və hətta fərdi evlərə də baxış keçirirlər. Bütün bu cəhdlərə baxmayaraq, hələlik nəzakətli oğrunu tapmaq mümkün olmayıb. (Bizimyolinfo.com)

Xəbər lenti