Xəzər Xəbər

Ermənistan prezidenti ölkədəki etirazların səbəbini açıqladı

Dünya | 12:03 • 24 Aprel 2018
Ermənistan prezidenti ölkədəki etirazların səbəbini açıqladı

Etiraz aksiyalarına Ermənistanda xalqın gələcəyə inamının olmaması, sosial çətinliklər və narazılıqlar səbəb olub.

XəzərXəbər Ermənistan mətbuatınaistinadla xəbər verir ki, bu sözləri Ermənistan prezidenti Armen Sarkisyan deyib.

O əlavə edib ki, Serj Sarkisyanın toqquşmalardan qaçmaq üçün istefa verməsini yüksək qiymətləndirir.

Qeyd edək ki, aprelin 13-dən Yerevanda Sarkisyanın baş nazir təyin edilməsinə qarşı etirazlar başlayıb.

Dünən Sarkisyan istefa verdiyini açıqlayıb.

Xəbər lenti