Xəzər Xəbər

ABŞ-ın Qüdsdəki səfirliyinin açılış tarixi məlum olub

Dünya | 16:02 • 23 Aprel 2018
ABŞ-ın Qüdsdəki səfirliyinin açılış tarixi məlum olub

ABŞ rəhbərliyi Qüdsdəki səfirliyini mayın 14-də açmağı planlaşdırır.

"Report" xəbər verir ki, bu barədə "Kommersant" nəşri İsrailin Rusiyadakı səfirliyinin press-attaşesi Aleks Qandlerə istinadən yazıb.

"ABŞ-ın Qüdsdəki səfirliyinin açılışı bu il mayın 14-də, İsrailin Müstəqillik Günündə baş tutacaq", - A.Qandler deyib.

Onun sözlərinə görə, İsrail tərəfi mərasimdə və dövlət müstəqilliyinin qeyd olunmasında çox mühüm qonaqların iştirak edəcəyini gözləyir.

Xəbər lenti