Xəzər Xəbər

“Soyuq müharibə geri döndü” BMT-nin baş katibi

Dünya | 14:20 • 23 Aprel 2018
“Soyuq müharibə geri döndü”

BMT-nin baş katibi Antonio Quterreş Suriyada baş verən hadisələrdən danışıb.

Quterreş bildirib ki, Suriyada son zamanlar baş verənlər soyuq müharibənin geri döndüyünə işarədir. Lakin keçmişdə baş verən soyuq müharibə ilə indiki arasında müəyyən fərqlər var.

"ABŞ-la Rusiya artıq hər kəsə nəzarət edə bilmir. Türkiyə, İran, Səudiyyə Ərəbistanı və digər dövlətlər bölgədə aktiv rol oynamağa başlayıb", deyə BMT-nin baş katibi bildirib.

Quterreş BMT-nin Suriya problemini həll edə bilməyəcəyini də etiraf edib.

Xəbər lenti