Xəzər Xəbər

AŞPA yaz sessiyası öz işinə başlayıb

Dünya | 13:41 • 23 Aprel 2018
AŞPA yaz sessiyası öz işinə başlayıb

Strasburqda Avropa Şurası Parlament Assambleyasının yaz sessiyası başlayıb.


 xəbər verir ki, Milli Məclisin beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri, Avropa Şurası Parlament Assambleyasındakı daimi nümayəndə heyətinin rəhbəri Səməd Seyidov və bir qrup deputat sessiyada iştirak edir.


Yaz sessiyasında Assambleya bürosunun və daimi komitənin görülən işlər barədə hesabatı dinləniləcək, İqlim dəyişiklikləri üzrə Paris Sazişi, Avropadakı jurnalistlərin statusu, Liviyada hazırkı vəziyyət və Avropa Şurasının rolu, Hibrid müharibə və insan hüquqları üzrə öhdəliklər, miqrant uşaqların inteqrasiyası və məcburi təhsili barədə fikir mübadiləsi aparılacaq. Sessiya çərçivəsində Avropada məcburi köçkünlərin hüquqları və humanitar ehtiyacları mövzusunda məruzə dinləniləcək.


"Avropada antisemitizm, islamofobiya və ksenofobiyanın artması: Avropa dəyərləri təhlükədə” mövzusu təcili debatlarda müzakirə olunacaq.


Sessiyada keçmiş Yuqoslaviya Makedoniya Respublikasının xarici işlər naziri Assambleyada çıxış edəcək və parlamentarilərin suallarını cavablandıracaq. Həmçinin AŞPA üzvlərinin qurumun Baş katibi və Nazirlər Komitəsinin sədri ilə fikir mübadiləsi aparmaq imkanı olacaq. 

Milli Məclisin deputatları gündəlikdəki məsələlərlə bağlı çıxış edəcək, fikirlərini bildirəcəklər. 

(AZƏRTAC)


Xəbər lenti

Çox oxunanlar