Xəzər Xəbər

Kabildə ölənlərin sayı 55-i ötüb

Dünya | 18:50 • 22 Aprel 2018
Kabildə ölənlərin sayı 55-i ötüb

Əfqanıstanın paytaxtı Kabildə seçicilərin qeydiyyat mərkəzinin qarşısında törədilən partlayış nəticəsində ölənlərin sayı 57 nəfərə çatıb.


Xezerxeber.az xəbər verir ki, bu barədə "1TV” telekanalı Əfqanıstan Səhiyyə Nazirliyinə istinadən məlumat yayıb. Partlayış nəticəsində 119 nəfər yaralanıb.


Qeyd edək ki, Kabildə seçici qeydiyyat mərkəzi qarşısında terrorçu-kamikadze tərəfindən törədilən partlayışa görə məsuliyyəti İŞİD terror təşkilatı öz üzərinə götürüb.

Xəbər lenti