Xəzər Xəbər

İrəvanda saxlanılan etirazçıların sayı durmadan artır

Dünya | 17:54 • 22 Aprel 2018
İrəvanda saxlanılan etirazçıların sayı durmadan artır

İrəvanın hüquq-mühafizə orqanlarının əməkdaşları paytaxtda keçirilən aksiyalarda 228 etirazçını saxlayıb.


Xezerxeber.az RİA Novosti agentliyinə istinadən xəbər verir ki, bu barədə polisin mətbuat xidmətindən bildirilib.


"Hazırda polis bölmələrində 228 vətəndaş var", - deyə polis nümayəndəsi agentliyə bildirib.


Qeyd edək ki, bu gün  İrəvanda növbəti etiraz aksiyası keçirilib. Aksiyaçılar Ermənistanın sabiq prezidenti Serj Sarkisyanın baş nazir vəzifəsinə təyin edilməsinə narazılıq edirlər. Saxlanılanlar arasında müxalifətçi deputat Nikol Paşinyan da var.

Xəbər lenti