Xəzər Xəbər

İŞİD Kabildə törədilən partlayışa görə məsuliyyəti öz üzərinə götürüb

Dünya | 16:18 • 22 Aprel 2018
İŞİD Kabildə törədilən partlayışa görə məsuliyyəti öz üzərinə götürüb

İŞİD terror təşkilatı bu gün Kabildə seçicilərin qeydiyyat mərkəzi qarşısında törədilən terror aktına görə məsuliyyəti öz üzərinə götürüb.

Bu barədə "Reuters" agentliyi məlumat yayıb.

Qeyd edək ki, bu gün yerli vaxtla saat 10.00 radələrində Kabilin Daşt-e-Barçi rayonunda törədilən partlayış nəticəsində 31 nəfər ölüb, 50 nəfərdən çox insan yaralanıb.

Xəbər lenti