Xəzər Xəbər

ABŞ-da çılpaq şəxs insanları atəşə tutub, 3 nəfər ölüb, 4 nəfər yaralanıb

Dünya | 15:54 • 22 Aprel 2018
ABŞ-da çılpaq şəxs insanları atəşə tutub, 3 nəfər ölüb, 4 nəfər yaralanıb

Bu gün naməlum şəxs ABŞ-ın Tennessi ştatının Neşvill şəhərində "Waffle House" kafesi yaxınlığında insanları atəşə tutub.


Xezerxeber.az-ın "RİA Novosti" agentliyinə istinadən verdiyi məlumata görə, nəticədə 3 nəfər ölüb, 4 nəfər yaralanıb.

Neşvill şəhər polisi "Twitter" sosial şəbəkəsindəki səhifəsində bildirilir ki, atəş açan şəxs çılpaq olub. Hazırda polis hadisə yerini tərk edərək gizlənən həmin şəxsi axtarır.

Xəbər lenti