Xəzər Xəbər

Ötən il Ukraynada korrupsiya hallarına görə 1700 hökm çıxarılıb

Dünya | 14:02 • 22 Aprel 2018
Ötən il Ukraynada korrupsiya hallarına görə 1700 hökm çıxarılıb

2017-ci ildə Ukrayna Baş Prokurorluğu korrupsiya hallarına görə 1700 hökm çıxarıb.


Xezerxeber.az AZƏRTAC-a istinadən xəbər verir ki, bu barədə Ukraynanın baş prokuroru Yuriy Luçenko keçirdiyi mətbuat konfransında deyib.


Onun sözlərinə görə, ötən il rekord həddə rüşvətxor saxlanılıb. Rüşvət hallarına görə, hökm çıxarılanlar 5 ildən 7 ilə qədər azadlıqdan məhrum edilib.


Baş prokuror vurğulayıb ki, məmurların rüşvət hallarına qarşı mübarizə davam etdiriləcək və heç bir məmura güzəşt olunmayacaq.

Xəbər lenti