Xəzər Xəbər

"Skripal işi" üzrə əsas şübhəlilər müəyyən edildi

Dünya | 15:18 • 21 Aprel 2018
"Skripal işi" üzrə əsas şübhəlilər müəyyən edildi

Britaniyanın hüquq-mühafizə orqanları əməkdaşları "Skripal işi" üzrə əsas şübhəliləri müəyyən ediblər.

Bu barədə təhqiqatçılara istinadən "Telegraph" yazıb.

Nəşrin məlumatına görə, hökumət nümayəndələri hesab edirlər ki, Skripala sui-qəsdi Rusiya hökuməti tərəfindən idarə olunan zərbə qrupu həyata keçirib. Təhqiqatçılar nəşrə bildiriblər ki, iki ölkə arasında yaranmış gərginlik səbəbindən iş üzrə şübhəlilərin saxlanılması cəhdləri zamanı böyük çətinliklər gözlənilir./publika.az

Xəbər lenti