Xəzər Xəbər

Türkiyədə 3 partiya seçkiyə görə birləşdi

Dünya | 13:59 • 21 Aprel 2018
Türkiyədə 3 partiya seçkiyə görə birləşdi
Türkiyədə iyunun 24-də keçiriləcək növbədənkənar prezident və parlament seçkilərinə Ədalət Partiyası, Doğru Yol Partiyası, Ana Vətən Partiyası birlikdə qatılacaq.


XəzərXəbər-in məlumatına görə, bu barədə partiya sədrlərinin toplantısında qərar verilib.

Seçkiyə 64 gün qalmış formalaşdırılan ittifaqın qərarına görə, hər üç partiya seçkidə birlikdə hərəkət edəcək. Partiyaların seçkidə kimə səs verəcəkləri isə yaxın zamanda açıqlanacaq.

Xəbər lenti