Xəzər Xəbər

`Time` jurnalı Putini siyahıdan çıxardı

Dünya | 18:10 • 20 Aprel 2018
`Time` jurnalı Putini siyahıdan çıxardı
"Time" jurnalı beş il ərzində ilk dəfə dünyanın 100 ən nüfuzlu şəxslərinin siyahısına Rusiya prezidenti Vladimir Putini daxil etməyib. Reytinq nəşrin saytında dərc olunub.

Bundan əvvəl dörd ardıcıl olaraq siyasətçi, biznesmen və ictimai xadimlər əsasında hazırlanan lider kateqoriyasında Putin ilk sıralarında yer alıb. Lakin cari ildə Rusiya prezidentinin adı heç bir kateqoriya üzrə siyahıya salınmayıb.

2018-ci ildə liderlər siyahısında ABŞ prezidenti Donald Tramp, Şimali Koreya lideri Kim Çen In, Çin prezidenti Si Cinpin və başqaları göstərilib.

Xəbər lenti