Xəzər Xəbər

Rusiyanın iqtisadi inkişaf naziri Azərbaycana səfərə gəlir

Dünya | 17:31 • 20 Aprel 2018
Rusiyanın iqtisadi inkişaf naziri Azərbaycana səfərə gəlir

Rusiyanın iqtisadi inkişaf naziri Maksim Oreşkin aprelin 22-də Bakıya səfərə gələcək. Bu barədə Trend-ə hökumətdəki mənbə bildirib.

Mənbənin sözlərinə görə, səfər çərçivəsində rusiyalı nazirin Azərbaycanın iqtisadiyyat nazirinin səlahiyyətlərini icra edən Şahin Mustafayev və digər hökumət nümayəndələri ilə görüşü planlaşdırlır.

M.Oreşkinin Azərbaycana səfərinin bazar ertəsi yekunlaşacağı bildirilib.

Qeyd edək ki, rusiyalı nazir sonuncu dəfə ötən ilin dekabrında Azərbaycanda səfərdə olub.

Xəbər lenti