Xəzər Xəbər

Svazilend adını dəyişdi və bu isveçlərin xoşuna gəlir

Dünya | 17:18 • 20 Aprel 2018
Svazilend adını dəyişdi və bu isveçlərin xoşuna gəlir

Svazilend dövlətini xəritədə bir daha tapa bilməzsiniz. Belə ki Afrikanın sonuncu mütləq monarxı Kral III Msvati Svazilendin adını Esvatini krallığına dəyişib.

Röyters-un verdiyi məlumata görə, kral yeni dövlətin adını xalqın müstəqilliyinin və həmçinin özünün 50 illiyi münasibəti ilə keçirilən bayram tədbirində bildirilib.

«Bir çox Afrika ölkələri müstəqillikdən sonra öz qədim adlarını qaytarıb. Bundan sonra biz Svazilend adlanmayacağıq», - deyə III Msvati bildirib.

Bundan sonra ölkə Böyük Britaniyanın müstəmləkəçiliyinə düşməmişdən əvvəl olduğu kimi Esvatini adlanacaq. Yerli dildə bu, «Svazi torpağı» kimi tərcümə edilir.

Dövlət başçısı həmçinin bildirib ki, Svazilend adı həm də çaşdırıcı xüsusiyyət daşıyırdı. Belə ki, bu ölkə tez tez İsveçrə ilə dəyişik salınırdı (Swaziland — Switzerland)./faktxəbər

Xəbər lenti