Xəzər Xəbər

Cənubi Koreya Şimali Koreyanın sülhə çağırışını dəstəklədi

Dünya | 16:37 • 19 Aprel 2018
Cənubi Koreya Şimali Koreyanın sülhə çağırışını dəstəklədi

Cənubi Koreya Prezidenti Mun Ce-in aprelin 19-da Seulda yerli KİV nümayəndələri qarşısında çıxış edərkən KXDR-in atəşkəs üzrə əvvəlki sazişin əvəzinə sülh barədə müqavilə bağlamaq təklifini dəstəkləyib.


AZƏRTAC xarici KİV-lərə istinadla xəbər verir ki, onun Koreya dilində çıxışının mətni prezident administrasiyasının rəsmi saytında yerləşdirilib. "65 ildir davam edən atəşkəs rejiminə son qoymaq və müharibənin dayandırılması barədə deklarasiya vasitəsi ilə sülh müqaviləsinin bağlanması istiqamətində irəliləmək lazımdır”, - deyə Koreya Respublikasının Prezidenti bildirib.


Xatırladaq ki, 1950-1953-cü illərdə baş vermiş Koreya müharibəsindən sonra KXDR və ABŞ arasında yalnız atəşkəs barədə saziş imzalandığı üçün bu iki ölkə rəsmi olaraq müharibə vəziyyətindədir. Pxenyanın cəhdlərinə baxmayaraq, Vaşinqton indiyə qədər sülh barədə müqaviləni rədd edib və hazırda miqdarı 28 min nəfərdən çox olan hərbi kontingentini Cənubi Koreyada saxlayıb.

Rubrikanın digər xəbərləri

Xəbər lenti