Xəzər Xəbər

Əfqanıstanda Seçki Komissiyasının 3 üzvü oğurlanıb

Dünya | 16:08 • 18 Aprel 2018
Əfqanıstanda Seçki Komissiyasının 3 üzvü oğurlanıb

"Taliban" radikal qruplaşması Əfqanıstanda Seçki Komissiyasının 3 üzvünü oğurlayıb. Trend-in məlumatına görə, insident Qur vilayətində baş verib.

Məlumata görə, Seçki Komissiyasının üzvləri ilə bərabər 2 polis əməkdaşı da girov götürülüb.

Qeyd edək ki, Əfqanıstanda parlament və mahal şuralarına seçkilər oktyabrda keçiriləcək. "Taliban"a seçkilərdə iştirak etmək təklif olunsa da, onlar razılaşmayıb.

Xəbər lenti