Xəzər Xəbər

İrəvanda etiraz aksiyasında iştirak edən 68 nəfər saxlanılıb

Dünya | 14:04 • 18 Aprel 2018
İrəvanda etiraz aksiyasında iştirak edən 68 nəfər saxlanılıb

Bu gün İrəvanda Serj Sarkisyanın baş nazir təyinatına etiraz əlaməti olaraq keçirilən aksiyada iştirak edən 68 nəfər saxlanılıb.


Xezerxeber.az-ın "RİA Novosti"yə istinadən verdiyi xəbərə görə, bu barədə Ermənistan polisinin mətbuat xidmətindən məlumat verilib.

Qeyd edək ki, aprelin 17-də parlamentdə keçirilən xüsusi iclasda Serj Sarkisyan baş nazir elan olunub. Konstitusiya dəyişikliyindən sonra Ermənistanda prezidentin səlahiyyətləri baş nazirə verilib. Ölkəni bundan sonra baş nazir idarə edəcək.

Xəbər lenti