Xəzər Xəbər

Həsən Ruhani: “Hər hansı silahı istehsal etmək üçün kiminsə razılığını gözləməyəcəyik”

Dünya | 11:48 • 18 Aprel 2018
Həsən Ruhani: “Hər hansı silahı istehsal etmək üçün kiminsə razılığını gözləməyəcəyik”

İran prezidenti Həsən Ruhani 18 aprel - Silahlı Qüvvələr Günü münasibətilə çıxış edib.


APA-nın Tehran bürosunun məlumatına görə, H. Ruhani bildirib ki, İranın başqa ölkələrə təcavüz etmək niyyəti yoxdur: "Uzun illər İran qonşu ölkələrinin heç birinə təcavüz etməyib, həmişə xalqlar və dövlətlərə yardım göstərib. Bölgə ölkələrinə elan edirik ki, bizim əsas siyasətimiz qonşu ölkələrlə yaxşı qonşuluq münasibəti yaratmaqdır. Biz istəyirik sizin üçün yaxşı qonşu olaq və siz də bizim üçün yaxşı qonşu olasınız. Bizim silahımız, texnologiyamız, raketlərimiz, təyyarələrimiz, tanklarımız qonşu ölkələr əleyhinə deyil. Silahlı qüvvələrimizi gücləndirməkdə məqsədimiz bizə qarşı ehtimal olunan hücumları önləmək və müdafiə gücümüzü artırmaq məqsədi daşıyır. Ona görə siz İran tərəfdən narahat qalmayın”.

H. Ruhani Qərb ölkələrinə də səslənib: "Sizin silahlarınız nə region ölkələri üçün müstəqillik gətirə, nə də İran kimi böyük bir xalqda qorxu yarada bilər. Müsəlman ölkələrinin sərvətlərini talan etməyin. Biz dünyaya bildiririk ki, hər hansı bir silaha ehtiyacımız olarsa, onu istehsal edəcəyik. Kiminsə sözünü və razılığını gözləməmişik və gözləməyəcəyik”.

Xəbər lenti