Xəzər Xəbər

Türkiyə PKK-nın 3 dayaq məntəqəsini məhv etdi

Dünya | 10:37 • 18 Aprel 2018
Türkiyə PKK-nın 3 dayaq məntəqəsini məhv etdi

Türkiyə Hərbi Hava Qüvvələri İraqın şimalında PKK terror təşkilatına qarşı əməliyyatları davam etdirir.

Türkiyə Baş Qərargahı əməliyyatın Zap rayonunda aparıldığı barədə məlumat yayıb.

Məlumatda həmçinin o da qeyd edilir ki, əməliyyat çərçivəsində PKK-nın 3 dayaq məntəqəsi məhv edilib.

Xatırladaq ki, aprelin 7-dən etibarən Türkiyə Hərbi-Hava Qüvvələri İraqın şimalında PKK terror təşkilatına qarşı əməliyyatlara başlayıb.


Xəbər lenti