Xəzər Xəbər

Təyyarədə partlayış, ölən və yaralananlar var - FOTO

Dünya | 09:35 • 18 Aprel 2018
Təyyarədə partlayış, ölən və yaralananlar var -

Aprelin 17-də "Southwest” hava yollarının "Boeing 737-700” tipli təyyarəsi qəza şəraitində enməyə məcbur olub. Uçuş zamanı mühərriki partlayan sərnişin təyyarəsi Filadelfiya Beynəlxalq Aeroportuna üz tutub.


Xezerxeber.az xəbər verir ki, təyyarədə bir sərnişin həlak olub, 7-si xəsarət alıb.


Nyu-Yorkun "La Guardia” Beynəlxalq Aeroportundan Dallas şəhərinə uçan 1380 nömrəli reys təxminən saat 11:27-də, yəni fövqəladə vəziyyət elan olunduqdan 12 dəqiqə sonra Filadelfiyada eniş edib. Yüngül xəsarət alan 7 nəfər dərhal xəstəxanaya çatdırılıb.


"Southwest”in verdiyi məlumata görə, təyyarədə 143 sərnişin və beş nəfər heyət üzvü olub.

Xəbər lenti

Çox oxunanlar